"Benfika"nın və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neves karyerasını Fransa çempionatında davam etdirəcək.
Publika.az xəbər verir ki, bu barədə insayder Pedro Almeyda məlumat yayıb.
PSJ 19 yaşlı futbolçunun transferi üçün "Benfika" ilə təxminən 80 milyon avroya razılaşıb. Futbolçunun özü Fransa çempionu ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, ötən mövsüm Joao Neves 33 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Heybət