Dortmund polisi Avro-2024-ün ilk turunun Türkiyə – Gürcüstan matçı başlamazdan əvvəl iki komandanın azarkeşləri arasında baş verən dava barədə açıqlama yayıb.
Publika.az xəbər verir ki, hadisənin videogörüntüləri üzərində araşdırma aparıldığı bildirilib:
“Oyundan əvvəl stadionda türk və gürcü azarkeş qrupları arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri və polis onları sakitləşdirib. Hazırda polis insidenti qiymətləndirmək və iştirakçıları müəyyənləşdirmək üçün videomateriala baxır”.