Qadın tennisçilər arasında keçiriləcək “Billie Jan Kinq” Kubokunun final mərhələsinin açılış matçı təxirə salınıb.
QÜTB.AZ xəbər verir ki, buna ölkədəki əlverişsiz hava şəraiti səbəb olub. Bu barədə nüfuzlu turnirin rəsmi saytı məlumat yayıb.
Yarış Malaqada noyabrın 13-də start götürüb, 7 gün davam etməli idi. Hava şəraiti səbəbindən start 2 gün sonraya - cümə gününə təxirə salınıb.
“Bu qərar bütün iştirakçıların, ziyarətçilərin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün aidiyyatı qurumların göstərişi əsasında qəbul edilib. Bunun yarada biləcəyi hər hansı narahatlığa görə üzr istəyirik. Anlayışınız və əməkdaşlığınız üçün təşəkkür edirik”, – deyə təşkilatçıların bəyanatında deyilir.