27.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Ərdoğan vacib toplantı keçirdi - Azərbaycan da müzakirə edildi

26 noy 2025 23:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi əsas müzakirə mövzularından biri olub.

Qutb.az-ın məlumatına görə, rəsmi məlumatda bildirilir ki, iclasda daxili və regional gündəmlə yanaşı, Bakı–İrəvan danışıqları fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları da dəyərləndirilib. Qeyd olunub ki, son aylarda tərəflər arasında müşahidə olunan müsbət irəliləyiş bölgədə yeni reallıqlar yaradır.

Toplantının iştirakçıları Ankaranın Cənubi Qafqazda sabitliyin təmin olunmasına verdiyi töhfəni xüsusi qeyd edərək, Türkiyənin regional inkişaf və sülh prosesinə dəstəyini davam etdirəcəyi vurğulanıb.

İclasda həmçinin Rusiya–Ukrayna müharibəsi ilə bağlı son durum geniş təhlil edilib. Diplomatik həll yollarının əhəmiyyəti vurğulanaraq, Türkiyənin beynəlxalq tərəfdaşlarla birlikdə davamlı və ədalətli sülh üçün səylərini davam etdirəcəyi bildirilib.

Bundan əlavə, gündəlikdə “Terrorsuz Türkiyə” təşəbbüsü, Suriyadakı vəziyyət, Qəzzada atəşkəs səyləri və Sudanda baş verən hadisələr də müzakirə olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur