"Everton"un müdafiəçisi Carred Brantvayt digər İngiltərə klubuna keçə bilər.
Publika.az xəbər verir ki, futbolçu "Mançester Yunayted"lə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Əgər transfer baş tutarsa, 21 yaşlı müdafiəçi həftədə 150-160 min funt sterlinq qazanacaq. Bu barədə “The Times” məlumat yayıb.
Eyni zamanda, klublar hələ də öz aralarında razılığa gəlməlidirlər. "Everton" futbolçu üçün 70 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, ötən mövsüm Brantvayt 41 matçda iştirak edib və 3 qol vurub.
Heybət