Qarşıdakı illərdə "Bayern" rəhbərliyi klubun maaşlarını əhəmiyyətli dərəcədə azaltmaq üçün çox çalışacaq.
Publika.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ilk növbədə Münhen komandası komandanın gənc futbolçuları Camal Musiala və Alfonso Deyvisin maaşlarına qənaət etməyi planlaşdırır . Klub rəhbərləri yeni müqaviləyə əsasən kanadalı müdafiəçiyə ildə 13 milyon avro ödəmək niyyətində deyil. Həmçinin Almaniya təmsilçisi hesab edir ki, Musiala hələ stabil oyun tapmayıb və buna görə də ciddi maaş artımına layiq deyil.
Bu mövsüm Musiala bütün yarışlarda 24 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Deyvis isə 27 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Heybət