“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb.
Publika.az xəbər verir ki, Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Lkoça son olaraq Andorra çempionatında “Santa Koloma” klubunda oynayıb.