"Napoli"nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya qarşıdan gələn Avropa çempionatından gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, o, tarix yazmaq istədiklərini bildirib:
“Yəqin ki, hər bir gürcü arzulayırdı ki, nə vaxtsa komandamız belə böyük turnirə qatılacaq. Bu arzunun gerçəkləşdiyi gün hamımız üçün ən xoşbəxt gün oldu. Amma biz bura sadəcə iştirak etmək üçün gəlməmişik. Biz Avro 2024-də izimizi buraxıb tarixə yeni səhifə yazmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Komandamız bütün diqqətini qarşıdakı turnirə cəmləyib və buna hazırdır. Bütün Gürcüstan debütümüzü gözləyir. İyunun 18-də bütün ölkə birləşəcək, biz qalib gəlməyə çalışacağıq.
Maksimum intensivliklə hazırlaşırıq, çünki arzumuza - millinin Avrodakı ilk oyununa çox az vaxt qalıb. Biz emosiyalara qapılırıq, lakin onları idarə etməyə çalışırıq. İlk oyuna mümkün qədər yaxşı hazırlaşmağa çalışırıq, çünki bu, ən önəmlisidir. Hansı əhval-ruhiyyədə başlasaq, elə də davam edəcəyik. İlk hədəfimiz, yəqin ki, hər bir komanda kimi, qrup mərhələsini adlamaqdır və bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Gürcüstan millisi Portuqaliya, Çexiya və Türkiyə milliləri ilə birlikdə F qrupunda yer alıb. Gürcülər turnirdəki ilk oyunlarını iyunun 18-də "ay-ulduzlular"a qarşı keçiriəcəklər. Görüşün start fiti saat 20:00-da veriləcək.
Heybət