09.04.25 | Bakı 15.03° C |
10:03:39
Lent :

Əfsanənin ticarət kartı rekord qiymətə satıldı – FOTO

03 iyn 2024 20:00
İDMAN
ads
Advertisement

2003-cü il “Upper Deck” kolleksiyasından imzası olan Maykl Cordan kartı rekord məbləğə 2,9 milyon dollara satılıb.

Publika.az xəbər verir ki, bu barədə “Goldin Auctions” məlumat yayıb.

Qalib alıcı kart üçün 2,4 milyon dollar təklif edib və hərraca daha 22% komissiya ödəyib. Bu, indiyə qədər hərracda satılan altıqat NBA çempionunun kartları üçün rekord qiymətdir.

Cordan kartı yüksək qiymətinə baxmayaraq, 2022-ci ildə hərracda 12,6 milyon dollara satılan “Nyu York Yankis” beysbolçusu Mikki Mantlinin 1952-ci ildəki “Topps” ticarət kartının rekordundan xeyli aşağıdır.

“Çikaqo” ilə 6 qat NBA çempionu və 2 qat Olimpiya çempionu olan Cordan 2003-cü ildə karyerasını başa vurub.

61 yaşlı əfsanə LeBron Ceyms, Mecik Conson və Tayqer Vuds ilə birlikdə “Forbes”un milyarderlər siyahısına daxil olan dörd idmançıdan biridir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur