27.07.24 | Bakı 27.03° C |
10:07:25
Lent :

Ən cəlbedici 4 BÜRC hansılardır?


21:54 15.05.2024
BİLMƏKDƏ FAYDA VAR
ads

Bürclər illərdir insanlara təsirləri və xarakter analizləri ilə tanınır. Astrologiya kainatında 12 bürc olmasına baxmayaraq, onlar minlərlə müsbət və mənfi xüsusiyyəti ehtiva edir. Bununla belə, bəzi bürclər var ki, onlar cazibədarlıqları ilə tanınır.  Həmin bürcləri təqdim edirik:


1- ŞİR

Şir bürcü, şübhəsiz ki, ən cəlbedici bürclər siyahısında birinci yerdədir. Şir bürcü soyuqqanlı, özünə güvənən, nəcib və iddialı duruşu ilə diqqət çəkir. Şir bürcü insanını heç bir mühitdə görməmək mümkün deyil. Çünki Şirlər ən dəbli geyimləri və ən baxımlı görünüşü ilə bayıra çıxırlar. Onun qalın və uzun saçlarına göz yummaq mümkün deyil. Şir bürcü insanları təkcə xarici görünüşləri ilə deyil, həm də rəftarları ilə çox cəlbedici görünürlər. O, istiqanlı, enerjili və səxavətlidir. Dost rəftarına görə hər kəsi ətrafına toplayır.


2- TƏRƏZİ

Tərəzi astrologiyada ən gözəl və cazibədar bürclərdən biridir. Tərəzilər adətən fiziki xüsusiyyətləri ilə bütün diqqətləri çəkirlər. Onların fiziki ölçüləri çox uyğundur. Tərəzi bürcünün üzü ilə bədəni arasındakı harmoniya dərhal nəzərə çarpır. Tərəzi bürcləri gözəlliyin təcəssümü hesab olunur. Tərəzilər həmişə baxımlı və zərif görünürlər. Danışığı və rəftarı ilə hər kəsin fikrindən daşındıra bilir. Bütün gözlər həmişə Tərəzi bürcündədir.


3-ƏQRƏB

Əqrəb sirli və gizli rəftarı ilə hər zaman maraq doğurur. Onların bu gizli tərəfi onları cazibədar göstərir. Əqrəb ən güclü auraya malik bürclərdəndir. Əqrəblər mənfi vəziyyətlərdə belə müsbət düşünərək bütün işlərin öhdəsindən asanlıqla gələ bilərlər. Fərqli baxışları ilə həmişə diqqəti cəlb edir. Əqrəblər də görünüşlərinə böyük əhəmiyyət verirlər. Həmişə baxımlı və iddialı olmağı xoşlayırlar. Bu cəhətləri ilə digər insanların təqdirini qazanırlar.


4- Qoç

Qoç astrologiyada ən etibarlı bürclərdən biridir. Qoç hər zaman özünə inamı ilə diqqət çəkir. Qoçun öhdəsindən gələ bilməyəcəyi heç bir şey yoxdur. Onun dik duruşuna, özünə inamına hər kəs həsəd aparır. Qoç bürcünün xarakterik quruluşu onları daxil olduqları hər mühitdə dərhal nəzərə çarpdırır. Qoç şən, enerjili və ekstravert insanlar olduğu üçün bütün bu enerji onları vazkeçilməz edə bilər. Girdiyi hər mühitdə bütün gözləri özünə çəkən Qoç bürcünün güclü rəftarı heyranlıq doğurur.



TEGLƏR
Müəllif : Aynur Babayeva
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az