2016-cı ildə Niderlandın "Vaalviyk" klubunun matçlarından birində baş verən hadisə yenidən sosial şəbəkələrdə viral olub.
QÜTB.AZ xəbər verir ki, həmin vaxt klub rəhbərliyi belçikalı və niderlandlı modelləri matça dəvət edərək alt paltarı brendi ilə əməkdaşlıq etmək qərarına gəlib. Bu addım dünyanın hər yerindən olan futbolsevərlərin marağına səbəb olub.
Modellər arasında sözügedən ölkələrdə keçirilən milli gözəllik müsabiqələrinin bir neçə iştirakçısı da var idi. Bəzi futbolçular belə seçilmiş gözəllərlə meydançaya çıxanda özlərini xoşbəxt hiss ediblər. Bəzilərinin simalarında bu açıq-aşkar əks olunub.
Qeyd edək ki, komandalar oyundan əvvəl adətən uşaqlar və klubun maskotu ilə meydana çıxırlar.