"Bayern" yeni baş məşqçisi Vinsent Kompaninin rəhbərliyi altında ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, ənənəvi olaraq, münhenlilər yeni mövsümün hazırlığına həvəskar “Rottax-Eqern” komandası ilə yoldaşlıq oyunu ilə başlayıb. Qarşılaşma "Bayern"in 14:1 hesablı qələbəsi ilə başa çatıb.
Mathis Till het-trik, Adin Litsina və Mudaser Sadat dubl, Nussayr Mazraui, Rafael Gerreyro, Ariyon İbrahimoviç, Nestori İrankunda, Saşa Boye, Yonatan Asp-Jensen və Noel Azeko Nkili hərəyə bir qol vurub.
Qeyd edək ki, bu komandalar arasında ötən il baş tutan görüşdə "Bayern" 27 cavabsız qolla qalib gəlmişdi.
Heybət
He