Braziliyadakı “Oswaldo Cruz” Fondunun tədqiqatçıları tərəfindən CNN-ə göndərilən məqalədə deyilir ki, elm adamları Rio-de-Janeyro şəhəri yaxınlığındakı sularda 13 köpəkbalığını sınaqdan keçirib və onların qaraciyərində, əzələ toxumasında kokain aşkar edilib.
Publika.az xəbər verir ki, araşdırmaya görə, əzələ toxumasında kokainin səviyyəsi qaraciyərdən təxminən üç dəfə yüksək olub.
Tədqiqatın həmmüəllifi, fondun ekotoksikoloqu Enrico Mendez Saggioro CNN-ə bildirib ki, kokain narkomanların və onu istehsal edən qeyri-qanuni laboratoriyaların tullantı sularının axıdılması səbəbindən dənizi çirkləndirir.
Araşdırmaya görə, son onilliklərdə kokaindən istifadə bütün dünyada əhəmiyyətli dərəcədə artıb. İstehlakçıların təxminən 22 faizi Cənubi Amerikada yaşayır və Braziliya regionda ikinci ən böyük istehlak bazarıdır.
Cəmilə