"Barselona" maliyyə problemlərinə görə yeni məşqçilər korpusunu qeydiyyatdan keçirə bilmir.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub hazırda yeni məşqçi və onun heyətini qeydiyyatdan keçirə bilmir. Səbəb əmək haqqıdır. Klub ilk növbədə maaş büdcəsini azaltmalı və ya əlavə pul qazanmalıdır.
O da qeyd olunur ki, yeganə problem bu deyil. La Liqanın son mövsümündə klubda çıxış edən futbolçuların heç də hamısını növbəti mövsüm üçün qeydiyyatdan keçirmək mümkün deyil.
Qeyd edək ki, mayın 29-da kataloniyalılar Hans-Diter Flikin baş məşqçi təyin olunduğunu elan ediblər.
Heybət