26.04.24 | Bakı 18.03° C |
23:04:31
Lent :

Argentina millisi mundiallarda toplanan xal sayında İtaliyanı geridə qoyub

15:37 14.12.2022
İDMAN
ads

Futbol üzrə Argentina millisi dünya çempionatlarında ən çox xal toplayan komandaların siyahısında 3-cü pilləyə yüksəlib.


Qutb.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi Qətərdə keçirilən DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya üzərində 3:0 hesablı qələbə qazanıb.


FIFA tərəfindən komandaların hər qalibiyyətinin 3, heç-heçəsinin isə 1 xalla hesablandığı sıralamaya əsasən, Argentina yığması mundiallar tarixində ümumi xal sayını 157-yə çatdırıb. Onlar builki dünya çempionatına iştirak etməyən İtaliya seçməsini geridə qoyublar.


Cədvələ beşqat dünya çempionu Braziliya millisi başçılıq edir. “Sambaçılar” dünya çempionatlarında iştirak etdikləri 114 qarşılaşmada 247 xal qazanıblar.


1. Braziliya – 114 oyun / 247 xal


2. Almaniya – 112 / 225


3. Argentina – 87 / 157


4. İtaliya – 83 / 156


5. Fransa – 71 / 127


6. İngiltərə - 74 / 118


7. İspaniya – 67 / 110


8. Niderland – 55 / 104


9. Uruqvay – 59 / 88


10. İsveç – 52 / 73


Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin dekabrın 18-də keçiriləcək final oyununda Fransa – Mərakeş matçının qalibi ilə qarşılaşacaq.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az