Türkiyənin Bursa şəhərində FETÖ terror təşkilatına üzv olduğu bildirən şəxs mətbəxin şkafında tapılıb.
Publika.az xəbər verir ki, haqqında 6 il 3 ay həbs qərarı verilən şəxsin evində olduğu aşkar edilib.
Hadisə yerinə gələn qruplar sözügedən ünvanda əməliyyat keçirib. Axtarışlar zamanı terror təşkilatının üzvü mətbəx şkafında ələ keçirilib.
O, müvafiq prosedurlardan sonra həbsxanaya göndərilib.