Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
Qütb.az xəbər verir, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.