Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə batıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, hadisə ötən gün axşam saatlarında gölün ikinci ictimai çimərliyində baş verib.
Hadisə yerinə gələn xilasedicilər sahildən 25 metr aralıda, 1,5 metr dərinlikdən həmin şəxsin meyitini çıxarıblar.
Əlavə məlumat verilmir.
Milli.Az