Liviyanın sahilyanı Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 11 300-ə çatıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Qızıl Ay Cəmiyyəti məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 10-da "Daniel" siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.
Fəlakətlə əlaqədar Türkiyə Liviyaya yardım göndərdiyini açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.
Milli.Az