Naxçıvanda baş verən avtoqəza zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.
Milli.Az report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib.
1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.
Ana və qızının vəziyyəti orta-ağır, oğlanın isə vəziyyəti ağırdır.
Milli.Az