Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində baş verib. 2011-ci il təvəllüdlü Mustafazadə Əli Vüqar oğlunu avtomobili vurub. Xəsarət alan uşaq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az