03.05.24 | Bakı 20.03° C |
17:05:59
Lent :

Maşınlarını tıxacda saxlayıb dalaşdılar

13:00 20.04.2024
HADİSƏ
ads

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb.

Publika.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyəti müəyyən edilib:

“Paytaxtın Nərimanov rayonu ərazisində dünən iki sürücünün yaranan tıxacı nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq mübahisə etməsini əks etdirən görüntülər araşdırılıb. Sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların izahatları alınıb və xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda təhqiqat davam etdirilir”.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az