Bakıda gənc oğlan hündürlükdən yıxılaraq ölüb.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb. 27 yaşlı İmranov Hüseyn Muxtar oğlu nərdivandan yıxılaraq, ağır xəsarət alıb.
O, görülən tədbirlərə baxmayaraq, müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.