31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Evdə hazırlanmış salata görə kütləvi zəhərlənmə

04 sen 2023 21:00
HADİSƏ
ads

Rusiya Federasiyasının Dağıstan Respublikasında kütləvi zəhərlənmə  qeydə alınıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rospotrebnadzorun mətbuat xidmətindən jurnalistlərə bildirilib. 

"Avqustun 31-də Şamil rayonunun Kəhib kəndində mövluddan sonra ziyarətçilərin qidadan zəhərlənməsi baş verib. İkisi uşaq olmaqla 16 nəfər xəstələnib. Zərərçəkənlər qusma və ishal kliniki təzahürləri ilə xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.

Ehtimallara görə, infeksiyaya səbəb çiy yumurta ilə evdə hazırlanmış Olivye salatı olub. "Salat səhərdən axşama kimi otaq temperaturunda saxlanılıb. Laborator müayinələr zamanı salmonellyoz S. enteritidis xəstəliyinin törədicisi aşkar olunub", - mətbuat xidmətindən əlavə ediblər.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur