10.05.24 | Bakı 20.03° C |
19:05:08
Lent :

Əri tərəfindən öldürülən müğənni Yaqutun məzarı - FOTO

23:00 17.10.2023
HADİSƏ
ads

Dünən yoldaşı tərəfindən bıçaqlanaraq öldürülən müğənni Yaqut Həşimova dəfn olunub.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə onun bacısı Şəlalə İsgəndərova məlumat verib. O, bacısının məzarının şəklini sosial şəbəkədə bu sözlərlə paylaşıb:

"Yeni evin mübarəkdi, ay mənim namuslu, ismətli, ləyaqətli bacım. Bacın ölsün, necə ki, məni də bu tarixdə basdırdın..."

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur.

Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib.

Milli.Az


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az