ABŞ hüquq-mühafizə orqanları 81 yaşlı Kaliforniya sakinini mütəmadi olaraq qonşularına "raqatka" ilə daş atdığı üçün həbs edib.
Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Polis qonşuların çoxsaylı şikayətlərindən sonra həmin şəxsi həbs edib. Onlar bildiriblər ki, təqaüdçü bir neçə ildir ki, onların evlərini "raqatka atəşi"nə tutub. Saxlanılan şəxs 81 yaşlı Raymond King olub. Onun mənzilində axtarışlar zamanı polis "raqatka"nı və və çoxlu sayda "sursat"ını (daş) tapıb.
Həmin şəxs hazırda yerli həbsxanada saxlanılır. Kişi qonşularını nəyə görə incitdiyini deməyib. Onun "hücumları"ndan təsirlənən sakinlər dəymiş ziyanın ödənilməsi üçün müraciət hazırlayırlar. Onlar təqaüdçünün yalnız evlərə deyil, həmçinin avtomobillərə də ziyan vurduğunu bildiriblər.
Adəm