03.05.24 | Bakı 20.03° C |
17:05:19
Lent :

Azərbaycanlı iş adamı öldürüldü

15:00 20.04.2024
HADİSƏ
ads

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.


QÜTB.AZ Report-a istinadla xəbər verir ki, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində qətlə yetirilib.


Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb.


Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib.


N.Əhmədovun qohumları jurnalistlərə danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər.


Məlumatda bildirilir ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən “Yunis” adlı mağazanı idarə ediblər.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az