Etiraz aksiyasının keçirildiyi İrəvanın Respublika meydanında gərgin vəziyyət yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Etirazçılar meydanın perimetri ətrafında avtomobillərlə dairələr yaradıblar. Daha sonra polis etirazçıların avtomobillərini evakuasiya etməyə başlayıb. Bundan sonra sürücülər avtomobillərini tərk edərək digər etirazçılara qoşulublar.
Etirazçılarla polislər arasında toqquşmalar olur.
Hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını təxribatlara uymamağa və hazırda baş nazir Nikol Paşinyanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasının keçirildiyi hökumət binasına getməyə çağırıb.
Aksiya hökumətin iclası ilə paralel keçirilir. Əraziyə polis qüvvələri və hərbçilər cəlb olunub.
Tural