18.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Zəngəzur dəhlizi daha İranın "qırmızı xətti" deyil

17 iyl 2025 15:00
GÜNDƏM
ads

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak bildirib ki, Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları irəlilətmək məqsədilə Zəngəzur dəhlizini idarə etməyə hazırdır.

Diplomatın sözlərinə görə, ABŞ tərəflərə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib

İrəvanın ABŞ-dan belə bir təklif aldığını Ermənistan Baş naziri Nikol da ötən gün keçirdiyi mətbuat konfransında təsdiqləyib. O qeyd edib ki, ölkəsi Cənubi Qafqazda kommunikasiyaların açılmasına razıdır.

Zəngəzur dəhlizinin açılmasına ABŞ, Rusiya, Çin, qardaş Türkiyə də razıdır. Amma təbii ki, hərə məsələyə öz marağı baxımından yanaşır.

Son müzakirələrdə İran hər hansı fikir bəyan etməyib. Cənub qonşumuz Zəngəzur dəhlizi ilə bağlı məsələni bundan əvvəl təhdid kimi görür, “qırmızı xətt” adlandırırdı. İndi isə bu məsələ ilə bağlı hər hansı mənfi fikir bəyan edilməyib.

İran Zəngəzur dəhlizi ilə bağlı etirazlarından əl çəkib?

Qutb.az-a açıqlamasında sabiq diplomat, Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı qaldırdığı hay-küyün heç bir əsası yox idi:

“Bu, əvvəldən də bəlli idi. Dedilər ki, "bu bizim qırmızı xəttimizdir". Dəhliz məsələsini təhrif edərək, dedilər ki, "biz Ermənistana çıxış yolumuzun bağlanmasına razı deyilik". Əslində isə belə bir məsələ də yoxdur. Dəhliz məsələsi heç də Ermənistan torpaqlarının Azərbaycana verilməsi deyil”.

Sabiq diplomat vurğulayıb ki, son müşahidələrə görə, İran əsassız iddia və etirazlarından əl çəkib:

“Görünür ki, bu məsələ hər tərəfdən həll olunmaq üzrədir. Ona görə əsassız iddialarından, etirazlarından vaz keçdilər. Burada təəccüblənməli heç nə yoxdur. Kaş ki İran tərəfi həmişə belə konstruktiv mövqe sərgiləyəydi".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur