Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni sənəd hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
Sənədin iyulda imzalanmasının planlaşdırıldığını bildirən Ovannisyan detalları açıqlamayıb.
Xatırladaq ki, bir neçə gün öncə Avropa Parlamenti Ermənistana Avropa İttifaqı üzvlüyünə namizədliyi imkanlarını nəzərdən keçirmək üçün qətnamə qəbul edib.