06.05.24 | Bakı 14.03° C |
22:05:43
Lent :

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlandı

11:00 26.04.2024
GÜNDƏM
ads

Xocavənd rayonunda 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az