03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

XİN başçısı: Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması üçün...

26 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Publika.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında uzun illər ərzində Azərbaycan dövlətinin Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlbi və tarixi ədalətin bərpası istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, sistemli tədbirlər görüldüyünü deyib:

"Bütün bu addımların nəticəsidir ki, bu il Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd edirik. İlk dəfədir ki, bütün ölkə ərazisində suverenlik bərpa olunub, Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Cinayətkarların cəzasız qalması müəyyən mənada Ermənistanda həmin şəxslər arasında cəzasızlıq mühiti yaradıb. Ona görə də Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir və bundan sonra da mütləq şəkildə davam etdirəcək. Artıq Xocalı cinayətkarlarının bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verməyə məcbur ediliblər”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur