Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhərində xəstəxananın girişindəki yeməkxanada atışma baş verib, 7 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır.
Publika.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, iki nəfər Pamukkale Universiteti Xəstəxanasının təcili yardım şöbəsinin girişinin yaxınlığındakı yeməkxanaya atəş açıb. İlkin məlumata görə, ikisi ağır olmaqla 7 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis qrupu göndərilib. Atəş açanlar qaçıblar.