ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın vitse-prezidenti vəzifəsinə mümkün namizədlərin adını açıqlayıb.
Publika.az xəbər verir ki, eks-prezident bunu “Fox News” telekanalına müsahibəsində deyib.
Trampın sözlərinə görə, hazırkı seçki kampaniyası çərçivəsində o, bu vəzifəyə Texas qubernatoru Qreq Abbott və Cənubi Karolina senatoru Tim Skotu namizəd hesab edir.
Tramp Abbottu “möhtəşəm bir iş görən” “möcüzəli insan” adlandırıb və onun dəstəyini almaqdan şərəf hissi keçirdiyini bildirib.Tramp Skotu “çox yaxşı insan” hesab etdiyini bildirb. “Mənim üçün o inanılmazdır. Mən ona dedim ki, o, özü üçün yox, mənim üçün yaxşıdır”, - Tramp etiraf edib.
Cəmilə