Harvard Universitetinin qidalanma və epidemiologiya professoru, MD Frank Hu şəkərin müxtəlif növləri haqqında danışaraq ondan tamamilə imtina etməyin düzgün olmadığını açıqlayıb.
Publika.az xəbər verir ki, professorun sözlərinə görə, sağlam yemək üçün şəkərdən tamamilə imtina etmək lazım deyil. Bununla belə, şəkərdən istifadə edərkən diqqətli olmalıyıq.
“Daha sağlam bir pəhriz üçün, adətən işlənmiş qidalarda olan əlavə şəkərin qəbulunu minimuma endirmək vacibdir”.
Li əlavə edib ki, bal və ya ağcaqayın siropu kimi təbii şəkərlər tamamilə təhlükəsiz deyil. Onların əsas üstünlüyü antioksidantların və faydalı maddələrin olmasıdır, lakin çox istehlak edilərsə, adi şəkərlə eyni nəticələrə səbəb olur. Mütəxəssis meyvələri yeganə sağlam şirniyyat adlandırıb. Çünki onlar qan qlükozasında güclü sıçrayışlara səbəb olmur.
Professor deyib ki, şirniyyatın zərərinə baxmayaraq, şəkərdən tamamilə imtina da faydalı olmayacaq.
“Şəkərin zərərli olduğunu düşünməməlisiniz. Problem şəkər deyil, istehlak edilən şəkərin miqdarıdır”, - deyə o fikrini yekunlaşdırıb.
Cəmilə