13.05.24 | Bakı 17.03° C |
14:05:39
Lent :

Ukrayna cəbhəsində vəziyyət AĞIRLAŞDI

19:00 28.04.2024
GÜNDƏM
ads

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski cəbhədəki vəziyyətin kəskinləşdiyini, Rusiyanın fəal şəkildə bütün cəbhə boyu hücum etdiyini və bəzi istiqamətlərdə taktiki uğur qazandığını etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə general-polkovnik teleqramda yazıb.

“Cəbhədə vəziyyət kəskinləşib. Strateji təşəbbüsü ələ keçirməyə və cəbhə xəttini yarıb keçməyə çalışan düşmən qüvvə və vasitələrdə mühüm üstünlük yaradaraq əsas səylərini bir neçə istiqamətdə cəmləşdirib. Bütün cəbhə xətti boyunca aktiv hücumlar edir, bəzi istiqamətlərdə taktiki uğurları var”, – o vurğulayıb.

Baş komandan əlavə edib ki, ayrı-ayrı mövqelər gün ərzində bir neçə dəfə “əldən-ələ” dəyişir və bu, “vəziyyətin birmənalı başa düşülməməsinə” səbəb olur.

Eyni zamanda, o, Xarkov istiqamətində Rusiya hərbçilərinin sayının artmasını və yenidən qruplaşmasını müşahidə etdiklərinə diqqət çəkib:

“Ən təhlükəli istiqamətlərdə qoşunlarımız artilleriya və tank bölmələri ilə gücləndirilir”.

Xatırladaq ki, daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-nin Ukraynaya ehtiyacı olan əsas silah-sursatın Kiyevə tədarükünə başlandığını açıqlamışdı.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az