27.07.24 | Bakı 27.03° C |
11:07:27
Lent :

Prezident Fərman imzaladı

14:11 13.05.2024
İQTİSADİYYAT
ads

Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb. 

QÜTB.AZ xəbər verir ki, Fərmanda deyilir:

“1. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin (bundan sonra – Reyestr) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;

3.2. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Reyestrin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

4. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

4.1. Reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirsin;

4.2. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə Reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görsün”.







TEGLƏR
Müəllif : Fidan Camal
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az