18.07.24 | Bakı 28.03° C |
23:07:40
Lent :

Bu gün şəhid Qadir Heydərovun doğum günüdür

11:15 11.05.2024
TARİXDƏ BU GÜN
ads

Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində dünyaya göz açıb. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq eve qayıdıb.



Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.


Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlının adsız yüksəkliklərində snayperlə başından vurulub, Vətəni uğrunda şəhid olub.


 22 yaşlı şəhidimiz Qadir Heydərov Abşeron rayonundakı Mehdiabad qəsəbəsində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Qadir Heydərov ölümündən sonra "Vətən uğrunda"  "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.


Ziya Muharrem

TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    28.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az