ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın bütün ərazilərinə zərbələr endirməsinə icazə verməsi üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxarır.
Publika.az xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial şəbəkə hesabında bildirib.
“Tam dəlilik! Müharibə şahinləri üçüncü dünya müharibəsinin başlaması üçün hər şeyə hazırdır”, - deyə o qeyd edib. Filippot bildirib ki, münaqişənin kəskinləşməsi sülh istəyən Donald Trampın prezident seçkilərində mümkün qələbəsi ərəfəsində baş verir.
Filippotun fikrincə, ABŞ-ın qərarından sonra Fransa hökumətinin də oxşar addımı ola bilər.
Cəmilə