İstanbulun Sultanqazi rayonunda motosikletdə olan iki nəfər kütləyə atəş açıb.
Publika.az xəbər verir ki, hadisə zamanı bir nəfər ayağından yaralanıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Polis qrupları qaçan şübhəlilərin tapılması üçün əməliyyat başlatdı.
Hadisə ilə bağlı araşdırma aparılır.