14.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Trampın məhkəməsində sürpriz qərar: hökm elan edildi

23 noy 2024 12:00
GÜNDƏM
ads
Advertisement

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı keçirilən “sus payı” məhkəməsi üzrə yeni hökm elan edilib.

QÜTB.AZ xəbər verir ki, məhkəməyə sədrlik edən hakim Xuan Merçan qərar iclasının təxirə salındığını elan etsə də, yeni tarix açıqlamayıb.

Trampın vəkilləri hakim Merçandan işi rədd etməyi xahiş ediblər. Prokurorluq isə işi tamamilə dayandırmaq əvəzinə müttəhimin qarşıdan gələn prezidentlik müddətinin sonuna qədər qalan bütün cinayət mühakimələrini təxirə salmaq qərarını verib.

Xatırladaq ki, Tramp 2016-cı il prezident seçkiləri zamanı münasibətdə olduğu yaşlı kinoaktrisa Stormi Danielsə “sus payı” ödəmək və ödənişi ört-basdır etmək üçün rəsmi qeydləri saxtalaşdırdığına görə mühakimə olunurdu. Eyni işdə o, mayın 31-də 12 nəfərdən ibarət münsif heyəti tərəfindən ona qarşı irəli sürülən 34 ittihamın hamısında təqsirli bilinib.

Cinayət mühakiməsində münsiflər heyəti tərəfindən təqsirli bilinən ilk keçmiş ABŞ prezidenti kimi tarixə düşən Tramp hökm elan edildikdən sonra qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur