11.09.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Tələbə yataqxanaları ilə bağlı yenilik

11 sen 2025 04:00
GÜNDƏM
ads

Tələbə yataqxanaları ilə bağlı uzunmüddətli konsepsiyalar hazırlanır.

 

Qutb.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova deyib. 

 

Onun sözlərinə görə, formalaşdırılan konsepsiyalar gələcəkdə sərmayədarların cəlb olunmasına və bu sahədə dayanıqlı əməkdaşlıqların qurulmasına da imkan yaradacaq:

 

“Hazırda yataqxanalarla bağlı texniki-iqtisadi əsaslandırma işləri aparılır. Məqsədimiz tələbələrə müasir standartlara uyğun, rahat və təhlükəsiz yaşayış şəraiti təmin etməkdir”.

 

K.Abdulrəşidova bildirib ki, bu istiqamətdə əməkdaşlıqlara da başlayıblar: “Özəl şirkətlərdən biri ilə imzaladığımız Əməkdaşlıq Memorandumu xüsusi önəm daşıyır. Sənəd tələbə yataqxanalarının texniki və maliyyə əsaslandırılmasının hazırlanmasına hədəflənib. Biz bu əməkdaşlığı infrastrukturun yaxşılaşdırılması, eyni zamanda təhsilə investisiyanın artırılması kimi qiymətləndiririk”.

 

Mətbuat katibinin sözlərinə görə, Təhsilin İnkişafı Fondunun əsas istiqamətlərindən biri infrastruktur layihələrinin həyata keçirilməsidir: “Bu baxımdan tələbə yataqxanalarının təkmilləşdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki tələbələrin sosial şəraitinin yaxşı olması birbaşa onların təhsil keyfiyyətinə də təsir göstərir”. (Mənbə: Azərbaycan müəllimi)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur