İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani ABŞ və Fransa prezidentlərinin birgə bəyanatını pisləyib və Tehrana qarşı irəli sürülən “əsassız və qəbuledilməz ittihamları” rədd edib.
Publika.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Rəsmi nümayəndə vurğulayıb ki, “İran İslam Respublikasının regionda və dünyada sabitlik və təhlükəsizliyin bərqərar olması və möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün terrorçu qruplarla mübarizədə rolu danılmazdır”. Bundan əlavə, o, Tehranın “beynəlxalq hüquq və öhdəliklər çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlığa” sadiqliyini təsdiqləyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Amerika lideri Co Bayden ilə Yelisey sarayında danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında bildirmişdi ki, Paris və Vaşinqton İrana təzyiq göstərmək niyyətindədir ki, İran “regionda sabitliyi pozmaq” hərəkətlərini dayandırsın”.
Tural