03.05.24 | Bakı 17.03° C |
11:05:41
Lent :

Talibanın yüksək səviyyəli liderləri öldürüldü

13:00 20.04.2024
GÜNDƏM
ads

Taliban administrasiyasının yüksək səviyyəli üzvlərindən olan Məhəmməd Ömər Can Axundzadə sui-qəsd nəticəsində həyatını itirib.

Publika.az xəbər verir ki, Əfqan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid "X" sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.

Mücahid Taliban administrasiyasının Müşahidə Şurasının üzvü və Qəndəhar vilayətində mədrəsənin müəllimi Məhəmməd Ömər Can Axundzadənin ölümü ilə bağlı başsağlığı mesajında ​​hücumu pisləyib və sui-qəsdi "böyük cinayət" adlandırıb.

Axundzadənin ölümündən kədərləndiklərini qeyd edən Mücahid ölümün nə vaxt, harada və hansı səbəbdən baş verməsi ilə bağlı təfərrüatları açıqlamayıb.

Əfqanıstan mediası Məhəmməd Ömərin Ramazan bayramı üçün ailəsini ziyarət etmək üçün getdiyi Pakistanın Queta şəhərində naməlum şəxslər tərəfindən öldürüldüyünü bildirib.

Bildirilib ki, Axundzadə Taliban administrasiyasının lideri Molla Hibetullah Axundzadənin müşaviri olub.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az