Türkiyənin əfsanəvi müğənnisi Barış Mançonun Belçikanın Liej şəhərində yaşadığı illərdə istifadə etdiyi avtomobil İstanbul Barış Manço Muzeyində sərgilənmək üçün Türkiyəyə gətirilib.
Publika.az xəbər verir ki, Mançonun "Honda Prelude" markalı avtomobili 3 il əvvəl bölgədəki sel fəlakəti zamanı oğulları Doğukan və Batıkan Manço tərəfindən anbarda tapılıb.
Manço qardaşları avtomobili Modadakı Barış Manço Muzeyinə gətirmək üçün məhkəməyə müraciət ediblər. Bütün prosedurlar tamamlandıqdan sonra avtomobil dəniz yolu ilə Türkiyəyə göndərilib.
Barış Mançonun oğlu Batıkan xoşbəxtliyini bu sözlərlə ifadə edib:
“Buradan mən göndərirəm, qardaşım Doğukan isə onu Türkiyədə qarşılayacaq. Atamızdan xatirə qalan bu avtomobil Barış Manço Muzeyində sərgilənəcək. Bu avtomobil mənim üçün Belçikadakı həyatımızı əks etdirir. Qardaşımla mən burada doğulmuşuq. Məktəbə burada getmişik".
Qeyd edək ki, 1960-cı illərdə Belçikanın Liej şəhərində məskunlaşan Barış Manço ömrünün bir hissəsini burada keçirib.
Cəmilə