03.05.24 | Bakı 15.03° C |
06:05:53
Lent :

Serenay özəl həyatını danışdı: "Başqa şansım yox idi"

17:00 09.04.2024
GÜNDƏM
ads

31 yaşlı aktrisa Serenay Sarıkaya Türkiyənin "GQ" kişi jurnalının yeni sayının siması olub.

Publika.az xəbər verir ki, kino ulduzu jurnal üçün iki fərqli obrazda kamera qarşısına keçib. O, fotoqraf Canan Yetisti Satkın obyektivinə cəlbedici pozalar verib, həm də jurnalın suallarını cavablandırıb. Serenay kədərli olanda daha yaradıcı olduğunu bildirib.

"Kədərli olanda çox yaradıcı oluram, amma xoşbəxt olanda elə bir işıq çıxır ki... Odur ki, içimdə bir yerdə kədər olsa belə, yenə də deyə bilərəm ki, o işığı parlatmaq üçün xoşbəxt olmağı seçirəm. ...Məni narahat və bədbəxt edən hər şeyi və hər kəsi həyatımdan çıxarıram. Bunda heç vaxt güzəştə gedə bilmərəm. Mən yaşamağı çox sevirəm. Heç nəyə tələsmədən, yaxşı və ya pis bütün anlarımın dadını çıxararaq, fərqinə vararaq həzm edirəm.

Əgər birinə və ya hansısa formalara bəzmirsənsə, çox da qəbul edilmirsən. İnsanlar sənə yaxşı, ya da pis deyə bilmirsə, ya da nə olduğunu müəyyən edə bilmirsə, onu adətən neqativ bir şey kimi qəbul edir", - Serenay müsahibəsində daxili dünyasından söz açarkən deyib.

O, həm də karyerasının ilk illərində daha iddialı olduğunu vurğulayıb:

"İlk illərdə azad və cəsarətli olmaq məcburiyyətində idim, başqa bir şansım yox idi, həyatda qala bilmək üçün cəsur qərarlar qəbul etmək və bu qərarları dərhal tətbiq etməyə məcbur idim. Amma sonra bu, bir xarakterin özünəməxsusluğu halını aldı. Həqiqətən də rutindən kənar işlər görməyi, o davranışları, qəlibsəmiş düşüncələri qırmağı və yıxmağı çox sevirəm".


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az