03.05.24 | Bakı 15.03° C |
22:05:27
Lent :

Səhiyyə siyasətində ciddi axsamalar var - Deputat

12:00 23.04.2024
GÜNDƏM
ads

Bir ölkədə bir-birini təkrarlayan iki-üç səhiyyə qurumu olmamalıdır. Zənnimcə, tam olaraq A-dan Z-yə bütün müalicə, yəni xəstələrlə iş TƏBİB-ə verilməlidir. Müalicə TƏBİB-in işidir. Səhiyyə siyasəti isə Səhiyyə nazirliyinin. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, əvvəllər həftədə 20-30 nəfər xəstəliklərin müalicəsinə görə kömək istəyirdi. Indi bu rəqəm 3-4 nəfərdir. Şükürlər olsun ki, ağır ürək əməliyyatları belə sığorta ilə edilir.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, minlərlə ürək xəstələri sağlamlığına qovuşub. Digər xəstəliklər də həmçinin. Həm İcbari Tibbi Sığorta Agentliyinə, həm də TƏBİB-ə hörmətimi bildirirəm. Xeyli müsbət irəliləyişlər var. Çatışmayan məsələlər, problemlər də çoxdur və ümid edirəm ki, qarşılıqlı dialoq əsasında onların da həllinə nail ola biləcəyik. Sığortaya daxil olmayan bir çox xəstəliklərin müalicəsində isə əvəzolunmaz xidmət Heydər Əliyev Fonduna məxsusdur. Səhiyyə nazirliyinin gördüyü işlər çoxdur. Bununla bərabər, səhiyyə siyasətində ciddi axsamalar var. Birincisi, Səhiyyə nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya heç bir əsas verməyən vəzifə və səlahiyyət bölgüsü təxirəsalınmadan həyata keçirilməlidir. İkincisi, bütün Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir ki, ona görə də səhiyyə xidmətləri göstərilsin. Yas məclislərində olan zaman şahidlik edirəm ki, bəzi yerlədə ürək, bəzi yerlədə onkoloji, bəzi yerlərdə şəkər və buna bənzər xəstəliklər üstünlük təşkil edir. Bunlar araşdırılırmı? Səbəblər nədir? Ətraf mühitə, suya, ərzaq məhsullarına, yaxud hansısa sənaye obyektlərinə və sairə, və sairə, və sairə. Üç dəqiqə ərzində çox az şeyi deyə bilərəm. Amma, deyiləsi və danışılası məsələlər həddindən artıq çoxdur. İstərdim ki, xanım sədr məsləhət bilsəniz, məhz ölkəmizin səhiyyə siyasəti ilə bağlı ictimai dinləmə olsun. Çox vacibdir, ümid edirəm ki. Hörmətli Əhliman müəllim bunu daha yaxşı əsaslandıra bilər. Mən sadəcə etdiyim müraciətlər, aldığım məktublar, gördüklərim, yaşadıqlarım və müşahidə etdiklərim əsasında mülahizələr irəli sürürəm.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az