Ukraynanın Kiyev, Xarkov, Vinnitsa və Kirovoqrad vilayəti və Kropivnitski şəhərlərindən partlayış xəbərləri gəlir.
Publika.az xəbər verir ki, Rusiyanın uzaqmənzilli raketlər və kamikadze PUA-larla hücumları nəticəsində Kiyevdə 24 saat ərzində ikinci dəfə partlayışlar baş verir.
"Ukraynaya hücum nəticəsində ümumilikdə 5 nəfər ölüb, daha 119 nəfər yaralanıb", - ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.
Ölkə boyu hava hücumu xəbərdarlığı elan edilib.
Ukrayna hakimiyyəti ötən gecə bir çox şəhərlərdə partlayışlar baş verdiyini bildirib.
Kiyevin bir çox rayonlarında da partlayışlar baş verib.
Hücumlar nəticəsində paytaxtın bəzi yerlərində elektrik enerjisi kəsilib.
Səlahiyyətlilər Kiyevdə və bölgədə hava hücumundan müdafiə vasitələrinin bir gündə ikinci dəfə işə düşdüyünü və paytaxtda elektrik enerjisinin kəsildiyini bildirib.
Kiyev meri Vitali Kliçko bildirib ki, partlayışlardan sonra Kiyevin müxtəlif yerlərində elektrik enerjisi kəsilib. O, yanğınların paytaxtın bir çox yerlərində, o cümlədən Obolonski rayonundakı anbarda baş verdiyini bildirib.
Xarkov meri İqor Terexov bildirib ki, şəhər böyük raket hücumuna məruz qalıb. Onun sözlərinə görə, Xarkovun mərkəzində yaşayış massivlərində yanğın baş verib.
Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı edilib.
Rusiya Müdafiə Nazirliyi hücumların yalnız Ukraynanın hərbi və enerji obyektlərinə və əlaqədar infrastrukturuna qarşı həyata keçirildiyini açıqlayıb.