29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İngiltərə və ABŞ-da aparılan dəhşətli araşdırma: minlərlə insan öləcək

21 fev 2024 07:00
GÜNDƏM
ads

İngiltərə və ABŞ-da aparılan araşdırmalara görə, Qəzzada atəşkəs elan edilsə belə, epidemiyalar, xəstəliklər və yaralanmalar kimi səbəblərdən avqusta qədər 11 min 580 adam həyatını itirəcək.

Publika.az xəbər verir ki, London Universitetinin Gigiyena və Tropik Təbabətlər Məktəbi və ABŞ-ın Humanitar Böhranlarda Sağlamlıq Mərkəzi Qəzzada vəziyyətin 3 fərqli ssenaridə necə dəyişəcəyini açıqlayan hesabatını dərc edib.

Hesabat atəşkəsin elan edildiyi, hazırkı hücumların eyni şəkildə davam etdiyi və hücumların intensivliyinin artdığı ssenarilərə görə hazırlanıb. Bu hesabat 7 fevral-6 avqust 2024-cü il tarixləri arasında Qəzzada xalq sağlamlığının necə dəyişəcəyi ilə bağlı proqnozları ortaya qoyur.

Hesabatda Qəzzada atəşkəsin elan edildiyi bir mühitdə müharibənin təsirləri, yoluxucu xəstəliklər və yeni doğulanların sağlamlığına təsir edən səbəblərdən 6 min 550 adamın öləcəyi təxmin edilir. Vəziyyət belə davam edirsə, ölənlərin sayı 58 min 260-a, hücumların şiddəti artarsa, bu sayın 74 min 290-a yüksələcəyi proqnozlaşdırılıb.

Hesabatda epidemiyalarda ən çox ölümün vəba, poliomielit, qızılca və meningokok meningitindən olacağı proqnozlaşdırılıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur