06.04.25 | Bakı 13.03° C |
07:05:12
Lent :

Putinin Türkiyəyə səfərinin tarixi nə zaman açıqlanacaq?

15 fev 2024 18:00
GÜNDƏM
ads

"Ankara və Moskva Rusiya prezidenti Vladimir Putinin səfərinin vaxtını vaxtı gələndə açıqlayacaqlar".

Publika.az xəbər verir ki, bunu TASS-ın sualını cavablandıran Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiç deyib.

"Rusiya prezidentinin mətbuat katibinin bəyanatlarından çıxış etmək lazımdır, Türkiyənin bəyanatlarını da izləmək lazımdır. Zamanı gələndə açıqlama verəcəyik”, - deyə səfir bildirib.

Bilgiç qeyd edib ki, Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan fevralın 21-22-də Braziliyada keçiriləcək G20 nazirləri çərçivəsində görüş keçirə bilərlər.

TASS diplomatik mənbəsi bildirib ki, Ankara qaz qovşağının tikintisi və Rusiya qazına endirimləri müzakirə etməyi planlaşdırır. Mümkün mövzular arasında Rusiya şirkətlərinin qarşılaşdığı türk bankları vasitəsilə hesablaşmalarla bağlı problemlər də var.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı həmçinin Suriya və Fələstindəki vəziyyət, Akkuyu atom elektrik stansiyasının tikintisi və Qara dəniz taxıl dəhlizinin müzakirəsi aparılacaq.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur